Daha bir neçə tibbi məhsul əlavə dəyər vergisindən azad edildi

Daha bir neçə tibbi məhsul əlavə dəyər vergisindən azad edildi

Bu fərman 2020-ci ilin iyunun 1-dək qüvvədədir

 

İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı artırılıb.

 

AYNA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Fərmana əsasən, idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısına daha bir neçə tibbi məhsul əlavə olunub.

 

Beləliklə, Azərbaycana idxal edilən baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar əlavə dəyər vergisindən azad edilib.

 

Bu fərman 2020-ci ilin iyunun 1-dək qüvvədədir.

Müəllif: Ayna.az      27 Mart 2020 17:39
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin