“Karantin rejiminin nə qədər davam edəcəyi vətəndaşlardan asılıdır” – RƏSMİ

“Karantin rejiminin nə qədər davam edəcəyi vətəndaşlardan asılıdır” –           RƏSMİ

Kamran Əliyev: “Respublika üzrə bütün rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti qadağan edilib”

 

Xəbər verdiyimiz kimi, Azərbaycanda rayonlardan paytaxt ərazisinə gediş-gəlişin bağlanmasından sonra, bu gündən etibarən rayonlararası gediş-gəlişlərə də məhdudiyyət qoyulmağa başlayıb. Artıq qonşu rayonlar arasında gediş-gəliş minimum səviyyəyə endirilib. Rayonlar arasında səyyar polis postları qurulub. Sakinlərə bu tədbirin koronavirusun yayılmasını önləmək məqsədilə görülyüdü deyilib.

 

Məsələn, Ağdaş rayonundan Mingəçevir, Göyçay, Qəbələ, Ucar, həmçinin, Gəncə-Qazax istiqamətinə gedən istiqamətlərdə postlar qurulub. Eyni vəziyyət Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gəncənin giriş-çıxışlarında da hökm sürür.

 

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəsisi Kamran Əliyevin sözlərinə rayonlararası gediş-gəlişin qadağan edilməsinə dair rəsmi göstəriş verilməyib: “Bununla bağlı hələlik rəsmi qərar yoxdur. Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 24-dən etibarən qüvvəyə minən qərarına əsasən, rayonlar və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılmalıdır. Bu baxımdan da həmin qərarın və 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaması haqda qərarın icrası ilə bağlı müvafiq postlar fəaliyyət göstərir”.

 

“Həmin postlarda da karatin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində əməkdaşlarımız tərəfindən müvafiq tədbirlər görülür. Bu tədbirlər çərçivəsində Respublika üzrə bütün rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti qadağan edilib”, - deyə qurum rəsmisi vurğulayıb. 

 

K.Əliyev onu da əlavə edib ki, karantin rejiminin uzanıb-uzanmamasında insanların davranışı mühüm rol oynayacaq: “Hələlik qoyulan məhdudiyyətlər aprel ayının 20-ə qədərdir. Lakin bu məhdudiyyətlərin müddəti infeksiyanın yayılma prosesi və vətəndaşların rejimə necə riayət etməsindən asılıdır. Yəni, insanlar rejimə nə qədər çox riayət etsələr, biri-biriləri ilə az təmasda olsalar, sözsüz ki, karantin müddəti də bir o qədər qısa olar”.

Müəllif: Mərahim Nəsib      27 Mart 2020 20:20
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin