Hava yenidən dəyişəcək - Xəbərdarlıq

Hava yenidən dəyişəcək -     Xəbərdarlıq

Dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var

 

Ölkə ərazisində hava şəratinin dəyişəcəyi gözlənilir.

 

AYNA-ya bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

 

Məlumatda bildirilir ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra, martın 29-u cənub rayonlarında, martın 30-dan 31-dək isə əksər rayonlarda hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. 

 

Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Müəllif: Ayna.az      27 Mart 2020 15:37
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin