Nigeriyada "Lassa hərarəti"ndən ölənlərin sayı artır

Nigeriyada "Lassa hərarəti"ndən ölənlərin sayı artır

932 adamda xəstəliyə yoluxma hadisəsi qeydə alınıb

 

Nigeriyada "Lassa hərarəti"ndən ölənlərin sayı artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, heyvanlardan insana keçən və ölümlə nəticələnə bilən "Lassa hərarəti"ndn ölənlərin sayı artıq 176-a çatıb.

 

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamaya görə, ölkənin 29 ştatında, xüsusən də Edo, Ebonyi, Ondo və Bauçidə 932 adamda "Lassa hərarəti"nə yoluxma hadisəsi qeydə alınıb.

 

Qeyd edək ki, "Lassa həraərti" ilk dəfə 1969-cu ildə Nigeriyanın Borno əyalətində meydana gəlib. Nigeriya hökuməti 2019-cu ildə xəstəlik səbəbiylə ölkədə fövqəladə vəziyyət elan edib. Ölkə rəsmiləri əhaliyə gigiyena qaydalarına diqqət yetirməyi, siçanlar və digər gəmiricilərdən uzaq olmağı tövsiyə ediblər. Çünki “Lassa hərarəti” heyvan tərəfindən yoluxan xəstəlikdir. Mastomis gəmiricilərində olur. Xəstəlik bu gəmiricilərin nəcisləri və sidikləri ilə yayılır. İnsanlara isə qida və tənəffüs yolu ilə yoluxur.

 

"Lassa hərarəti", aktiv Arenaviridae ailəsinə mənsub bir tək telli RNT virusu Ebola virusu ilə eyni ailədəndir. “Lassa hərarəti" simptomları mülayim hərarət, zəiflik, halsızlıq və baş ağrısıdır və simptomlar virusla təmasdan 1-3 həftə sonra görünür. Virusa yoluxmuş xəstələrin, təxminən 80 faizində simptomlar yüngül aşkar edilir. Simptomlar yoluxmuş insanların 20 faizində ciddi ola bilər. Simptomlar ciddi olduqda diş ətlərində, gözlərdə və burunlarda qanaxma ola bilər və nəfəs almaqda çətinliklər yarana bilər. Ağır simptomları olan insanlarda tez-tez qusma, sinə və kürək ağrısı, qarın ağrısına da rast gəlinir.

 

İlkin simptomlar göründükdən sonra iki həftə ərzində daha çox orqan çatışmazlığı səbəbindən ölüm baş verə bilər. Xəstəxanaya yerləşdirilən xəstələrin təxminən 15-20 faizi ölür. “Lassa hərarəti”nin ən çox görülən qalıcı fəsadı karlıqdır. Xəstəliyin simptomları çox olduğu üçün diaqnozu da çox çətindir. Ancaq erkən diaqnozda antiviral dərman olan “Ribavirin” adlı dərman ilə uğurlu nəticələr əldə edilir.

Müəllif: Ayna.az      27 Mart 2020 14:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin