Onlara bir təşəkkür etməyə dəyər

Onlara bir təşəkkür etməyə dəyər

Bir təşəkkür ilə minnətdarlığını bildir

 

Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə #birteshekkur adlı onlayn fləşmob davam etdirilir. AYNA xəbər verir ki, onlayn fləşmob koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə mübarizə aparan, görünən və görünməyən qəhrəmanlara həsr olunub. İnsanlar onlayn fləşmoba qoşularaq bu şəxslərə öz təşəkkürlərini bildirirlər.

 

Martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başladılan kampaniyaya Bakı ilə yanaşı, Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, Masallı, Sumqayıt, Göyçay və Şəki sakinləri də dəstək veriblər.

 

Onlayn fləşmoba qoşulmaq üçün sən də:

 

• Sosial şəbəkədəki şəxsi səhifəndə görünən və görünməyən qəhrəmanlar üçün xoş sözlərini yazaraq və ya video, şəkillə ifadə edərək post paylaş;

 

• #birteshekkur və #birkonullu həştəqlərini əlavə et;

 

• Minimum 3 könüllü dostunu posta işarələyərək onları da fləşmoba dəvət et;

 

• Postunu hamıya açıq şəkildə (public) paylaş.

 

Sizi də fləşmoba qoşulmağa, görünən və görünməyən qəhrəmanlara #birteshekkur etməyə dəvət edirik!

Müəllif: Ayna.az      27 Mart 2020 14:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin