Rayonlar arasında gediş-gəliş də dayandırılır

Rayonlar arasında gediş-gəliş də dayandırılır

Qonşu rayonlar arasında polis postları qurulub

 

Azərbaycanda rayonlardan paytaxt ərazizinə gediş-gəlişin bağlanmasından sonra, bu gündən etibarən rayonlararası gediş-gəlişlərə də məhdudiyyət qoyulmağa başlayıb. Bu barədə AYNA-ya rayonların sakinlərindən məlumatlar verilib.

 

Bildirilib ki, artıq qonşu rayonlar arasında gediş-gəliş minimum səviyyəyə endirilib. Rayonlar arasında səyyar polis postları qurulub. Sakinlərə bu tədbirin koronavirusun yayılmasını önləmək məqsədilə görülyüdü deyilib.

 

Məsələn, Ağdaş rayonundan Mingəçevir, Göyçay, Qəbələ, Ucar, həmçinin, Gəncə-Qazax istiqamətinə gedən istiqamətlərdə postlar qurulub. Eyni vəziyyət Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gəncənin giriş-çıxışlarında da hökm sürür.

 

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın son açıqlamasına əsasən, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. İndiəyək Covid-19 ölkədə 3 nəfərin həyatına son qoyub.

Müəllif: Ayna.az      27 Mart 2020 13:01
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin