ABŞ koronavirusa yoluxmada Çini keçib

ABŞ koronavirusa yoluxmada Çini keçib

ABŞ-da koronavirusa yoluxanların sayı sürətlə artır 

 

ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətlərini qabaqlayıb.

 

AYNA xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

 

Qəzetin məlumatına görə, Birləşmiş Ştatlarda azı 81 321 koronavirusa yoluxma qeydə alınıb. Bu rəqəm Çin və İtaliyadan, eləcə də dünyanın istənilən ölkəsindən çoxdur.

 

Qeyd edilir ki, ölkədə virusdan 1 000-dən çox ölüm hadisəsi baş verib.

 

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb. Hazırda dünyada yarım milyona yaxın insan virusa yoluxub, 20 mindən çox insan COVID-19-un qurbanı olub. Koronavirus 199 ölkəyə yayılıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Müəllif: Ayna.az      27 Mart 2020 09:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin