Türkiyədə koronavirus qurbanlarının sayı artıb

Türkiyədə koronavirus qurbanlarının sayı artıb

"Son 24 saat ərzində ölkədə koronavirusa yoluxma halları 1 000-i ötüb"

 

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter"dəki səhifəsində bildirib.

 

Nazir qeyd edib ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxma halları 1 000-i ötüb. 

 

"Bu gün 7 286 test aparıldı, 1 196 yeni yoluxma aşkarlandı. 16 xəstə öldü. Hazırda ölənlərin ümumi sayı 75, xəstələrin sayı 3 629 nəfərdir", - deyə səhiyyə naziri özünün "Twitter"-dəki səhifəsində yazıb.

Müəllif: Ayna.az      27 Mart 2020 01:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin