Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçib

Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçib

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Dünyada koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.

 

Təşkilatın məlumatına görə, dünyada 20 834 nəfər COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb. 

 

Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb.

 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Müəllif: Ayna.az      27 Mart 2020 03:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin