Netanyahunun əsas siyasi rəqibi spiker seçilib

Netanyahunun əsas siyasi rəqibi spiker seçilib

“Bu, mənim üçün bayram yox, çətin və vacib bir gündür"

 

İsrail parlamenti (Knesset) özünə yeni spiker seçib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Baş Nazir Benyamin Netanyahunun əsas siyasi rəqibi sayılan "Kahol-Lavan" mərkəzçi blokunun lideri Benni Hants 120 deputatdan 74-nün səsini alaraq, spiker seçilib.

 

Hants qalibiyyətinə sevinmədiyini deyib:

 

“Bu, mənim üçün bayram yox, çətin və vacib bir gündür. Hamımız İsraili birinci yerə qoymalıyıq. İsrail vətəndaşlarına düzgün işləməyi vəd edirəm”.

Müəllif: Ayna.az      27 Mart 2020 05:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin