Hollivud aktyoru koronavirusdan öldü

Hollivud aktyoru koronavirusdan öldü

Koronavirus daha bir məşhurun həyatına son qoyub 

 

Məşhur Hollivud aktyoru Mark Blum koronavirusdan ölüb.

 

AYNA-nın məlumatına görə, bu barədə “Mirror” nəşri xəbər verib.

 

Qeyd olunur ki, Blumun vəfatı barədə Nyu-York tear kompaniyası məlumat yayıb. Onun 69 yaşı var idi.

 

Məlumat üçün bildirək ki, indiyədək bir çox tanınmış simalarda koronavirus aşkarlanıb. Onların arasında müğənni Plasido Dominqo, aktyor İdris Elba, yazıçı Boris Akunin var. Aktrisa Olqa Kurilenko və aktyor Tom Hensk isə artıq bu xəstəlikdən sağalıb. Koronavirusdan ölən daha bir tanınmış – “Real Madrid”in keçmiş rəhbəri Lorenso Sansdır.

Müəllif: Ayna.az      27 Mart 2020 06:35
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin