Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başlayıb

Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başlayıb

Bu gün Operativ Qərargahın növbəti iclası keçirilib 

 

"Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar".

 

AYNA xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur:

 

"İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün 96 faizli spirt qalığının həcmi ölkədə 1,5 milyon litrdir. Gündəlik ehtiyaclar isə ölkənin bütün ehtiyaclarını bir neçə dəfə ödəmək imkanındadır".

Müəllif: Ayna.az      26 Mart 2020 22:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin