Bir ayda ölkədə 5 177 ölüm halı qeydə alınıb

Bir ayda ölkədə 5 177 ölüm halı qeydə alınıb

Körpələrin 336-sı əkiz, 6-sı isə üçəm doğulanlardır

 

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 11 279 doğulan körpə qeydə alınıb.

 

AYNA-ya bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Məlumata görə, əhalinin hər 1 000 nəfərinə bu göstərici 13,4 təşkil edib.

 

Körpələrin 336-sı əkiz, 6-sı isə üçəm doğulanlardır.

 

Bundan başqa, yanvar ayı ərzində ölkədə 5 177 ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,1 təşkil edib.

Müəllif: Ayna.az      26 Mart 2020 21:17
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin