Azərbaycanda dustaqlar azadlığa buraxılır

Azərbaycanda dustaqlar azadlığa buraxılır

Proses aprel ayınadək davam edəcək

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

 

AYNA xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

 

Hüquq müdafiəçisinin sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Bu, hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara aid olunacaq. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə çətin vəziyyətdə bir çox məhkumlar ailələrinin yanında ola bilsinlər”. (Report)

Müəllif: Ayna.az      26 Mart 2020 17:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin