ABŞ-da koronavirusdan qorunmaq üçün Məhəmməd Peyğəmbər məsləhəti

ABŞ-da koronavirusdan qorunmaq üçün Məhəmməd Peyğəmbər məsləhəti

“Yoluxucu xəstəlikləri olanlar sağlam olanlardan uzaq olsun”

 

Koronavirusun dünyada sürətlə yayılmasından sonra ən diqqətçəkən məqamlardan biri də gigiyena qaydalarına riayət olunmağın ön plana çıxmasıdır.

 

AYNA xəbər verir ki, Amerikada nəşr olunan həftəlik “Newsweek” jurnalı bu mövzuda bir sıra xəbərlər hazırlayıb.

 

Jurnalda ən diqqət çəkən məqam isə Məhəmməd Peyğəmbərin hədislərinin gigiyena qaydaları üçün insanlara tövsiyə edilməsi olub.

 

“Sadəcə duanın gücü ilə koronavirusdan qorunmaq olarmı? Məhəmməd Peyğəmbər belə, başqa cür düşünürdü” başlıqlı məqalədə, müəllif Kreyq Konsid Covid-19-dan qorunmaq üçün gigiyenanın vacibliyindən danışıb.

 

Məqalədə Məhəmməd Peyğəmbərin təmizlik haqqında yer alan tövsiyələrini təqdim edirik:

 

“Bir ölkədə bir vəba eşitsəniz, oraya getməyin. Əgər, vəba sizin olduğunuz yerdədirsə, oranı tərk etməyin”.

 

“Yoluxucu xəstəlikləri olanlar sağlam olanlardan uzaq olsun”.

 

“Təmizlik imanın bir hissəsidir”.

 

“Oyandıqdan sonra əllərinizi yuyun. Çünki yatarkən əllərinizin harada hərəkət etdiyini bilmirsiniz”.

 

“Yeməkdən əvvəl və sonra əllərinizi yuyun”.

 

“Məhəmməd peyğəmbər bir gün bir nəfərin dəvəni bağlamadan onun yanından ayrıldığını gördü və həmin adamla belə dialoqu oldu:

- Niyə dəvəni bağlamırsan?

- Allaha güvənirəm.

- Əvvəlcə dəvəni bağla, sonra Allaha təvəkkül et”.

 

"Məhəmməd Peyğəmbər insanları öz dininə yönəltməyə çağırırdı. Lakin ümid edirdi ki, hər kəs sabitliyi, təhlükəsizliyi və rifahı üçün əsas ehtiyat tədbirlərini görəcəkdir", - məqalədə deyilir.

Müəllif: Ayna.az      26 Mart 2020 18:18
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin