Səhiyyə naziri koronavirusa görə istefa verib

Səhiyyə naziri koronavirusa görə istefa verib

Rumıniyada bu günə qədər 906 adamda COVİD-19-a yoluxma halı qeydə alınıb

 

Rumıniyada koronavirusa görə fövqəladə vəziyyət elan edildikdən sonra ölkədə səhiyyə işçiləri üçün qoruyucu vasitələrin olmaması mübahisələrə səbəb olmuşdu.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, artıq Rumıniyanın Səhiyyə naziri Viktor Kostaçe bu səbəbdən vəzifəsindən istefa verib.

 

Kostaçenin əvəzinə isə müavini Nelu Tatarunun posta oturacağı elan edilib.

 

Qeyd edək ki, Rumıniyada bu günə qədər 906 adamda COVİD-19-a yoluxma halı qeydə alınıb. Xəstələrdən13-ü isə virusun qurbanı olub.

Müəllif: Ayna.az      26 Mart 2020 16:19
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin