Covid-19 iki böyük dövləti üz-üzə qoyub

Covid-19 iki böyük dövləti üz-üzə qoyub

ABŞ-la Çin arasında növbəti qalmaqal başlayıb

 

ABŞ-ın Britaniyadakı səfiri Voodi Conson koronavirusa görə Çini ittiham edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Consonun bununla bağlı “The Times” qəzetində məqaləsi dərc olunub.

 

“Çin vaxtında düzgün addım atsaydı, virus dünyaya bu qədər ciddi təsir etməzdi. Pekin rəhbərliyi virusun qarşısını almaq üçün heç bir tədbir görməyib və yayılması barədə məlumatları gizlədib”, - deyə məqalədə bildirilir.

 

Səfir, həmçinin Çinlə tərəfdaşlığı yenidən nəzərdən keçirmək lazım olduğunu vurğulayıb: “Bu böhran başa çatdıqdan sonra virusun yaratdığı nəticələrə baxmaq lazımdır. Yalnız bundan sonra beynəlxalq əməkdaşlığımızı dəyərləndirə bilərik”.

Müəllif: Ayna.az      26 Mart 2020 13:54
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin