Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq

 

Bakıda və Abşeron yarımadasında martın 27-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə duman olacaq.

 

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti,Bakıda  gecə 6-8° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65% olacaq.

 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacaq.

Müəllif: Ayna.az      26 Mart 2020 13:32
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin