Rusiyanın döyüş təyyarəsi qəzaya uğrayıb

Rusiyanın döyüş təyyarəsi qəzaya uğrayıb

"Su 27" təyyarəsi plan uçuşu həyata keçirən zaman radarlardan itib

 

Rusiya aviasiyasına məxsus "Su 27" tipli təyyarə Qara dənizə düşüb. 

 

AYNA xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilib ki, "Su 27" təyyarəsi plan uçuşu həyata keçirən zaman radarlardan itib.

 

Qeyd olunub ki, Feodosiyadan 50 km məsafədə hava gəmisi qəza siqnalı verib. Pilotun xilası əməliyyatında "An-26" təyyarəsi, "Mi-8" helikopteri və mülki gəmilər iştirak edirlər.

 

Rusiya MN-in məlumatında qəza bölgəsində hava şəraitinin pis olması səbəbindən pilotun axtarışının çətin olduğu da bildirilib.

Müəllif: Ayna.az      26 Mart 2020 08:33
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin