Virusa yoluxan ulduz futbolçu sağalıb

Virusa yoluxan ulduz futbolçu sağalıb

Bu barədə futbolçu özü məlumat verib

 

"Yuventus"un hücumçusu Paulo Dibalanın səhhətində heç bir problem qalmayıb.

 

 AYNA xəbər verir ki, argentinalı ulduz futbolçu koronavirusa qalib gəlib.

 

27 yaşlı oyunçu sosial şəbəkə vasitəsilə paylaşım edərək, müalicədən sonra ikinci testinin neqativ çıxdığını bildirib. Karantində olan futbolçu artıq tamam sağalıb.

Paulo Dibala koronavirusdan sağalıb

Qeyd edək ki, Dibala və sevgilisi Oriana Sabatininin martın 21-də koronavirusa yoluxduğu açıqlanmışdı.

Müəllif: Ayna.az      26 Mart 2020 05:35
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin