PKK-dan xain hücum, 2 türk əsgəri şəhid olub

PKK-dan xain hücum, 2 türk əsgəri şəhid olub

Hadisə Haftanin rayonunda qeydə alınıb

 

PKK terrorçularının minaatanlardan açdığı atəş nəticəsində İraqın şimalında 2 türk əsgəri həlak olub.

 

AYNA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, hadisə Haftanin rayonunda qeydə alınıb. Terrorçuların açdığı atəş nəticəsində daha 2 türk əsgəri yaralanıb.  

 

Qeyd olunub ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb. 

Müəllif: Ayna.az      26 Mart 2020 03:33
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin