ABŞ-da da vəziyyət gərginləşir

ABŞ-da da vəziyyət gərginləşir

Birləşmiş Ştatlarda koronavirusa 60 115 yoluxma halı təsdiqlənib

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 60 min nəfərdən çoxdur.



AYN xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin federal və yerli məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti məlumat verib.

 

Universitetin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 60 115 yoluxma halı təsdiqlənib, 827 nəfər ölüb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı son məlumatlarına görə, dünyada 372 mindən çox insan virusa yoluxub, 16 mindən insan pandemiyanın qurbanı olub. 

Müəllif: Ayna.az      26 Mart 2020 06:23
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin