Gürcüstanda COVID-19-a yoluxanların sayı artır

Gürcüstanda COVID-19-a yoluxanların sayı artır

Ölkədə aktiv virus infeksiyası daşıyıcılarının sayı 65 nəfər təşkil edir

 

Gürcüstanda daha iki şəxsin koronavirusa yoluxduğu müəyyən olunub.

 

AYNA xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda məlumat verilib.

 

Bununla da ölkədə COVİD-19-a yoluxanların sayı 75-ə çatıb. Virusa yoluxanların 10-u tam sağalıb.

 

Hazırda qonşu ölkədə aktiv virus infeksiyası daşıyıcılarının sayı 65 nəfər təşkil edir. Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.

Müəllif: Ayna.az      26 Mart 2020 00:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin