İçərişəhəri belə görməmişdiniz

İçərişəhəri belə görməmişdiniz

Dezinfeksiya işləri daimi həyata keçiriləcək

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə "İçərişəhər" DTMQ ərazisində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində olan ərazi və qurumlarda, muzeylərdə, bütövlükdə acıq ərazidə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır.

 

AYNA-ya bu barədə  "İçərişəhər" DTMQ İdarəsinin əməkdaşı Səfayə Əhmədova məlumat verib. 

 

S.Əmədova bildirib ki, 25 mart tarixində Bakı Şəhər İcra hakimiyyətinin paytaxtımızda son günlər ərzində aparılan genişmiqyaslı dezinfeksiya tədbirləri çərçivəsində və xüsusi dəstəyi ilə İdarənin müvafiq qurumları ilə birgə İçərişəhərdə anoloji tədbirlərə başlanılıb: "Qoruğun bütün küçə, məhəllə və daxili yolları dezinfeksiya maşınları, habelə kommunal texnika vasitəsilə xüsusi məhlulla yuyulur".

 

O, qeyd edib ki, bu kimi dezinfeksiya işləri daimi həyata keçiriləcək.

Safaya Axmedova adlı şəxsin şəkli.

Safaya Axmedova adlı şəxsin şəkli.

Müəllif: Ayna.az      25 Mart 2020 22:12
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin