İstanbuldan Bakıya gələn şəxs "Qırmızı Kanal"dan keçə bilməyib

İstanbuldan Bakıya gələn şəxs "Qırmızı Kanal"dan keçə bilməyib

Yoxlama zamanı gizlədilmiş zərgərlik məmulatları aşkar edilib

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb, "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib. Vətəndaşın yükləri monitordan keçən zamana şübhəli predmetlərin təsviri görünüb.

 

Yoxlama zamanı vətəndaşa məxsus qara rəngli çamadanın içərisində olan gödəkçənin cibindən və pul kisəsindən əvvəlcədən gömrük orqanına təqdim edilməyən, elektron və ya yazılı formada bəyan olunmayan qızıl zərgərlik məmulatları - 4 cüt sırğa, 7 ədəd üzük, 2 ədəd üzük-sırğa dəsti, 3 ədəd üzük-sırğa-kulon dəsti aşkar edilib.

 

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 129,58 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatlarıdır.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      25 Mart 2020 16:51
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin