Futbol funksioneri Covid-19-a qalib gəlib

Futbol funksioneri Covid-19-a qalib gəlib

Evangelos Marinakis iki həftə əvvəl koronavirus xəstəliyinə yoluxduğu üçün karantinə alınmışdı

 

"Olimpiakos" və "Nottingem Forest"in sahibi Evangelos Marinakis koronavirus pandemiyasına qalib gəlib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, yunanıstanlı futbol funksioneri artıq tamam sağalıb.

 

O, tibbi testdən sonra nəticənin mənfi çıxdığını açıqlayıb: "İki həftəlik müalicədən sonra həkimlərin göstərişlərinə əsasən protokola uyğun olaraq ikinci tibbi müayinədən keçdim. Nəticə mənfi çıxdı. Bu müddətdə evdə qaldım, dostlarımla, qohumlarımla söhbət etdim, kitab oxudum, televiziya seyr etdim, musiqi dinlədim və internet vasitəsilə dünyada nələrin baş verdiyini öyrəndim. Həkimlərimizə qayğı və məsləhətlərinə görə təşəkkür edirəm".

"Olimpiakos"un sahibi koronavirusa qalib gəlib

Qeyd edək ki, Evangelos Marinakis iki həftə əvvəl koronavirus xəstəliyinə yoluxduğu üçün karantinə alınmışdı.

Müəllif: Ayna.az      25 Mart 2020 09:33
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin