Paralimpiya-2020 də təxirə salındı

Paralimpiya-2020 də təxirə salındı

İdmançıların 2021-ci ilə hazırlaşması tövsiyə olunub

 

Tokioda keçiriləcək Paralimpiya Oyunları-2020 yarışları da məlum Covid-19 böhranı ilə bağlı bu il üçün ləğv edilib. AYNA xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq yarışa ev sahibliyi edən Yaponiyanın Baş Naziri Şinzo Abe bu barədə açıqlama verib.

 

Beynəlxaıq Olimpiya Komitəsinin birgə qərarı ilə nəticəyə gəlinib və idmançıların 2021-ci ilə hazırlaşması tövsiyə olunub. Yarışın proqramı və gələcək üçün planlar yaxın zamanda Komitə tərəfindən bəyan olunacaq.

 

Qeyd edək ki, Paralimpiya-2020 yarışında iştirakdan ilk imtina edən ölkə Kanada olub.

Müəllif: Ayna.az      23 Mart 2020 13:56
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin