Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a çatıb

Türkiyədə koronavirus qurbanlarının sayı artıb 

 

Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca ölkədə koronavirusdan 9 yeni ölüm faktının baş verdiyini açıqlayıb.

 

AYNA xəbər verir ki, bu barədə "Twitter"də yazan nazir 289 yeni yoluxma faktının olduğunu da qeyd edib.

 

Bununla da ölkədə ölüm sayı 30-a, virusa yoluxanların sayı isə 1236 nəfərə yüksəlib.

 

F. Qoca Türkiyə vətəndaşlarına səslənib: “Yeni canlar itiririk. Yoluxma sayı artır. Ancaq mümkün olduğu qədər çox test etdiyimizi unutmayaq. Müalicəyə alınmış hər şəxslə yayılmanın qarşısını bir az da alırıq. Evimizdə qalaq, risk almayaq”.

Müəllif: Ayna.az      23 Mart 2020 00:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin