Əsas səhifə Haqqımızda Xəbər lenti

İtaliyada gün ərzində koronavirusdan 800-ə yaxın insan ölüb

İtaliyada gün ərzində koronavirusdan 800-ə yaxın insan ölüb

İtaliyada koronavirusdan ölənlərin sayı sürətlə artır 

 

Son bir gün ərzində İtaliyada koronavirus qurbanlarının sayı rekord həddə çatıb.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

 

Məlumata görə, son gün ərzində ölkədə 793 nəfər ölüb, təxminən 5 000 nəfər virusa yoluxub. 

 

Ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borrelli bildirib ki, bu, epidemiyanın başlanğıcından indiyə kimi ölkədə yeni antirekorddur.

 

“Təəssüf ki, bu gün bizdə 793 ölü var. Hazırda ölkədə koronavirusa yoluxanların ümumi sayı 42 681 nəfər təşkil edir. Ötən günlə müqayisədə virusa yoluxanların sayı 4 871 nəfər artıb. Sağalanların sayı 6 min nəfəri ötdü”, - deyə o bildirib.

Müəllif: Ayna.az      21 Mart 2020 23:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin