Bakıdakı avtobuslara dezinfeksiya məhlulu qoyulub - FOTOLAR

Bakıdakı avtobuslara dezinfeksiya məhlulu qoyulub -         FOTOLAR

Koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir 

 
Müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib. 

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, istismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul ) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

 

Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir.



Müəllif: Ayna.az      20 Mart 2020 18:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin