Əsas səhifə Haqqımızda Xəbər lenti

Monako şahzadəsi koronavirusa yoluxub

Monako şahzadəsi koronavirusa yoluxub

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Monako şahzadəsi II Albertin də koronavirus testi müsbət çıxıb və onun infeksiyaya yoluxduğu təsdiqlənib.

 

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı özünü normal hiss edir və həkim nəzarətində də olsa, fəaliyyətini davam etdirir. 

 

“Əlahəzrətin səhhəti hər hansı narahatlığa əsas vermir”, - Sarayın açıqlamasında qeyd olunub. 

 

Sənədə görə, iş otağında çalışmalarına davam edən dövlət başçısı hökumət üzvləri ilə daim əlaqə saxlayır.

 

Qeyd edək ki, üç gün əvvəl ölkənin baş naziri Serj Tellenin də koronavirus testi müsbət nəticə göstərib.

Müəllif: Ayna.az      20 Mart 2020 01:31
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin