Əsas səhifə Haqqımızda Xəbər lenti

Türkiyə virusla mübarizə tədbirlərini gücləndirir

Türkiyə virusla mübarizə tədbirlərini gücləndirir

Türkiyədə hazırda 191 nəfər virusa yoluxub, 2 nəfər isə ölüb

 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölkədəki koronaviusla bağlı vəziyyət və görülən tədbirlər barədə ətraflı məlumat verib.

 

AYNA xəbər verir ki, türkiyəli nazir canlı yayında, sabahdan etibarən ölkə üzrə Covid-19-un aşkarlanması məqsədiylə sürətli, operativ test sınaqları aparılacağını bəyan edib.

 

“Bu günə qədər 10 min test edilib. Amma mübarizə tədbirlərini gücləndirmək üçün müayinələrin sürətlənməsi gərəkdir. Laboratoriyaların sayı artırılaraq 36-ya çatdırılıb. 25 şəhərdə insanların müayinəsi aparılacaq. Bütün hallarda xəstəliklə mübarizə üçün 25 466 yataq hazır vəziyyətdədir, həkim heyətlərinin ixtisaslaşması gedir”, - deyə nazir vurğulayıb.

 

Qeyd edək ki, Türkiyədə hazırda 191 nəfər virusa yoluxub, 2 nəfər isə ölüb.

Müəllif: Ayna.az      19 Mart 2020 17:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin