YPG/PKK terror təşkilatına qış zərbəsi

YPG/PKK terror təşkilatına qış zərbəsi

Terror təşkilatının rəhbər şəxsləri də daxil olmaqla, 191 terrorçu zərərsizləşdirilib

 

Türkiyədə əmin-amanlığı və qardaşlığı pozmağa çalışan terror təşkilatlarına qarşı əməliyyatlar qətiyyətlə davam edir. AYNA-ya bu barədə Azərbaycandakı Türkiyə səfirliyindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, YPG/PKK terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirən təhlükəsizlik qüvvələri dekabr, yanvar və fevral aylarında ölkə daxilində və xaricində həyata keçirdikləri hava və quru əməliyyatları zamanı terror təşkilatının rəhbər şəxsləri də daxil olmaqla, 191 terrorçunu zərərsizləşdirib.

 

“Daxili Qoşunlar komandanlığı və xüsusi təyinatlı dəstə mənfi 30 dərəcəyə çatan şaxtalı hava şəraitinə baxmayaraq həyata keçirdiyi əməliyyatlarla PKK terror təşkilatının qış bazası yaratmasına imkan verməyib”, - deyə qeyd olunub.

 

Vurğulanıb ki, ötən ilin avqust ayında başlanan və 144 terrorçunun zərərsizləşdirildiyi “Kıran” əməliyyatları başa çatıb, bəzi bölgələrdə “Kapan” əməliyyatları başlayıb: “Daxili İşlər Nazirliyinin daxili qoşunlar, polis və təhlükəsizlik əməkdaşlarının iştirakı ilə başlatdığı əməliyyatlarda terror təşkilatının sığınacaqları və terrorçuların “əlçatmaz” olaraq gördükləri mağaraları bir-bir məhv edilib. Digər tərəfdən, əli qanlı PKK və gənclər qruplaşmalarına qarşı bir çox vilayətdə həyata keçirilən əməliyyatlarda saxlanılan 669 nəfər şübhəlidən 216-sı həbs olunub, bəzi şübhəlilərin isə dindirilmələri davam edir”.

 

Qeyd edək ki, 2019-cu ilin dekabr ayının 1-dən 2020-ci ilin fevral ayının 29-a kimi YPG/PKK terror təşkilatının həyata keçirdiyi hücumlar nəticəsində isə 16 təhlükəsizlik əməkdaşı şəhid edilib, 9 nəfər yaralanıb.

Müəllif: Ayna.az      19 Mart 2020 13:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin