Kanadadan 82 milyard dollarlıq koronavirus qərarı

Kanadadan 82 milyard dollarlıq koronavirus qərarı

Kanadada koranavirusdan ölənlərin sayı 9-a, yoluxanların sayı isə 727-yə yüksəlib

 

Kanadada koronavirusun qarşısını almaq məqsədi ilə 82 milyard dollarlıq yardım paketi hazırlanıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Custin Trudeau bildirib.

 

Belə ki, karantində olan hökumət başçsı keçirdiyi mətbuat konfransında vətəndaşların zərər görməməsinə çalışacaqlarını vurğulayıb: “Uşaqlı ailələr üçün müavinətlər artırılacaq. Aprel ayının sonuna qədər ödənilməli olan vergilər avqust ayına qədər təxirə salınacaq və işləri dayanan kiçik sahibkarlara maddi yardım ediləcək. Qocalar evlərində yaşayan kimsəsiz və yaşlı insanlar üçün qida və dərman yardımı sürətləndiriləcək”.

 

Qeyd edək ki, Kanadada koranavirusdan ölənlərin sayı 9-a, yoluxanların sayı isə 727-yə yüksəlib. Kanadanın hava yolu şirkəti “WestJet” bütün beynəlxalq uçuşları dayandırdığını açıqlayıb.

Müəllif: Ayna.az      19 Mart 2020 12:45
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin