UEFA prezidentindən ölkə çempionatları ilə bağlı açıqlama

UEFA prezidentindən ölkə çempionatları ilə bağlı açıqlama

"Məqsədimiz daxili liqaları başa çatdırmaqdır"

 

UEFA prezidenti Aleksandr Çeferin Avropada futbol çempionatlarının başa çatdırılmasının tərəfdarıdır.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, sloveniyalı funksioner quruma daxil olan federasiyalara iyunun 30-dək liqaların başa çatdırılmasını tapşırdıqlarını deyib:

 

"Bəzi yalan xəbərlər görmüşəm. UEFA-nın çempionatında lider olan komandaların qalib elan edilməsini istədiyi barədə xəbərlər yayılmışdı. Bu, doğru deyil. Məqsədimiz daxili liqaları başa çatdırmaqdır. Federasiyalara bundan başqa fikir deməmişik".

 

Qeyd edək ki, Avropanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da çempionat koronavirusa görə dayandırılıb.

Müəllif: Ayna.az      19 Mart 2020 05:13
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin