Daha bir ölkədə məktəblər bağlanıb

Daha bir ölkədə məktəblər bağlanıb

Koronavirus təhlükəsi bütün dünyanı təşvişə salıb

 

Koronavirus pandemiyası səbəbindən Böyük Britaniyada bütün təhsil müəssisələri bağlanıb.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Təhsil naziri Qevin Uilyamson parlamentdə açıqlayıb. Tədris müəssisələri növbəti xəbərdarlığadək fəaliyyət göstərməyəcək.

 

May və iyuna nəzərdə tutulan imtahanlar ləğv olunub. Onların hansı vaxtadək təxirə salındığı hələlik bilinmir.

Müəllif: Ayna.az      19 Mart 2020 03:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin