ATƏT regiondakı monitorinqləri dayandırıb

ATƏT regiondakı monitorinqləri dayandırıb

İnfeksiya riskini azaltmaq üçün beynəlxalq və yerli səfərlərə məhdudiyyətlər qoyulub

 

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, səfir Anjey Kasprşik regionda monitorinqlərin dayandırılması ilə bağlı bəyanat yayıb.

 

AYNA xəbər verir ki, A.Kasprşik COVİD-19 infeksiyasının yayılmasından sonra yaranmış vəziyyətin beynəlxalq sərhədlərin bağlanmasına səbəb olduğunu bildirib.

 

Səfir qeyd edib ki, infeksiya riskini azaltmaq üçün beynəlxalq və yerli səfərlərə məhdudiyyətlər qoyulub. Bəyanata əsasən sadalanan faktorlar nəzərə alınaraq monitorinqlər dayandırılıb.

 

Xüsusi nümayəndə bununla yanaşı, hərbi hakimiyyətlə əlaqə saxlamağı davam etdirəcəyini bildirib. 

Müəllif: Ayna.az      19 Mart 2020 00:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin