“Eurovision 2020” də təxirə salındı

“Eurovision 2020” də təxirə salındı

Müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə edəcəklər

 

Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib. AYNA xəbər verir ki, bu barədə təşkilatçıların “Twitter” hesabındakı məlumatında deyilir.

 

“COVID-19-un bütün Avropaya yayılması təhlükəsi, həmçinin iştirakçı ölkələrin hökumətləri, o cümlədən Niderland hökuməti tərəfindən tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq “Eurovision” müsabiqəsinin keçirilməsi mümkün deyil”, - rəsmi açıqlamada bildirilir.

 

Təşkilatçılar həmçinin qeyd edirlər ki, Avropa Yayım Birliyi (EBU) bu il “Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək.

 

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi. Azərbaycanı isə müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməli idi.

Müəllif: Ayna.az      18 Mart 2020 20:00
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin