Əsas səhifə Haqqımızda Xəbər lenti

ÜST Azərbaycana səfər etmiş türkiyəli professorla bağlı bəyanat yaydı

ÜST Azərbaycana səfər etmiş türkiyəli professorla bağlı bəyanat yaydı

"Türkiyəli mütəxəssisin verdiyi açıqlamalar onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir"

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xətti ilə Azərbaycanda səfərdə olan və hesabat hazırlayan türkiyəli professor Önder Ergönülün “HaberTurk” telekanalına müsahibəsi zamanı verdiyi açıqlama Azərbaycanda səhiyyəyə olan inamın bir az da azaldılmasına səbəb olub. Elə bu səbəbdən ÜST-ün Azərbaycandakı nümyəndəliyi bəyənat yayıb.

 

AYNA-ya təşkilatdan bildirilib ki, türkiyəli mütəxəssisin verdiyi açıqlamalar onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir.

 

“ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-nin Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir”, - bəyənatda bildirilir.

 

Qeyd edək ki, türkiyəli professor bunları demişdi: “Azərbaycanda infeksiyalara nəzarət və mübarizə üçün vəziyyət yaxşı deyil. Hətta diaqnozda probemlər mövcuddur”.

 

Müəllif: Ayna.az      18 Mart 2020 19:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin