Əsas səhifə Haqqımızda Xəbər lenti

Teledərslər dayandırılır

Teledərslər dayandırılır

“Dərs vaxtı” verilişinin martın 19-u üçün nəzərdə tutulan cədvəli isə müəyyənləşdirilib

 

Novruz bayramı ilə əlaqədar “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı martın 20-dən 24-nə kimi müvəqqəti dayandırılır.

 

AYNA-ya Təhsil Nazirliyindən verilən məlumata görə, martın 24-də həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımına yenidən başlanılacaq.

 

“Dərs vaxtı” verilişinin martın 19-u üçün nəzərdə tutulan cədvəli isə müəyyənləşdirilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

 

Qeyd edək ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" kanallarında "Dərs vaxtı" proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

 

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" (https://www.youtube.com/playlist…) kanalı ilə yanaşı "Facebook" səhifəsindən, eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/)  izləmək imkanı əldə edə bilərlər.

Müəllif: Ayna.az      18 Mart 2020 17:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin