Əsas səhifə Haqqımızda Xəbər lenti

Ekologiyaya zərər vuran şirkət məhkəməyə verilib

Ekologiyaya zərər vuran şirkət məhkəməyə verilib

Tullantıların düzgün idarə edilməməsinə görə şirkət cəzalanıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan filialının ərazisində tullantıların ətrafa atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

AYNA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı şirkətin ərazisində formalaşan bərk tullantıların qeyri-mütəşəkkil atıldığı, qanunvericiliyə uyğun idarə edilmədiyi, yeni neft quyusunun qazılması zamanı əmələ gələn tullantı sularının ətrafa axıdıldığı və qazma şlamlarının qəbul məntəqələrinə təhvil verilmədiyi müəyyən edilib.

 

Faktla bağlı akt və protokol tərtib olunaraq şirkətin Azərbaycan filialının hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. 

Müəllif: Ayna.az      18 Mart 2020 18:58
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin