Çindən koronavirusla bağlı sevindirici xəbər

Çindən koronavirusla bağlı sevindirici xəbər

Ölkədə virusla xəstələnən insanlar arasında sağalma faizi də artıb

 

Koronavirusla mübarizə məqsədiylə dünyanın bir çox ölkəsində vaksin hazırlandığı bir müddətdə Çindən yaxşı xəbərlər gəlir. AYNA xarici mediaya əsasən xəbər verir ki, virusun mərkəzi olan Vuhanda xəstə sayı səbəbindən yeni açılan xətəxanalardan artıq ikisi bağlanıb.

 

Hökümət 2000 yataqlı xəstəxananın bağlandığı haqqında rəsmi açıqlama yayıb. Ölkədə virusla xəstələnən insanlar arasında sağalma faizi də artıb, yoluxmada da azalma müşahidə olunur. Son rəqəmlərə görə, yoluxma sayı 80894 nəfər, ölənlərin sayı 3237 nəfərə çatıb.

 

Qeyd edək ki, dünya üzrə 198 712 insanda Covid-19 aşkarlanıb. 7989 insan xəstələnərək ölüb. Hazırda koronavirus Avropanı cənginə alıb, Çindən sonra ən çox ölüm faktı İtaliyadadır, qısa müddətdə ölkədə 2500-dən çox insan ölüb.

Müəllif: Ayna.az      18 Mart 2020 13:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin