Qırğızıstanda koronavirusa ilk yoluxma qeydə alınıb

Qırğızıstanda koronavirusa ilk yoluxma qeydə alınıb

Üç nəfərin koronavirusa yoluxduğu təsdiqlənib

 

Qırğızıstanda koronavirusa yoluxma halı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

 

Açıqlamada üç nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

 

Qırğızıstan Səhiyyə naziri Kosmosbek Çolponbayev xəstələrin 6 gün əvvəl Ümrə ziyarəti üçün Səudiyyə Ərəbistanına getdiyini və virusa orada yoluxduqlarını bildirib.

 

Qeyd edək ki, dünəndən etibarən Qırğızıstan xarici ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edib. Qırğızıstan hökumətinin qərarına əsasən, yalnız qırğız vətəndaşları ölkəyə daxil ola bilər.

Müəllif: Ayna.az      18 Mart 2020 12:52
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin