Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Göstəricilər əvvəlkindən çoxdur

 

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 68,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,71 dollar/barel çoxdur.

 

AYNA trend.az-a istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 67,35 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel çoxdur.

Müəllif: Ayna.az      13 İyul 2019 04:28
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin