Avropaya giriş qadağan edilir

Avropaya giriş qadağan edilir

Qadağanı ilk tətbiq etməyə başlayan ölkə isə Almaniya olacaq

 

Avropa Birliyi liderləri üçüncü ölkə vətəndaşlarının İttifaq ölkələrinə və Şengen bölgəsinə “lazım olmayan” səyahətlərinə 30 günlük məhdudiyyəti nəzərdə tutan qanun layihəsini təsdiq ediblər.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, belə bir təklif koronavirus səbəbindən Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayendən gəlib. 30 gün müddətində qüvvədə olacaq qadağanı ilk tətbiq etməyə başlayan ölkə isə Almaniya olacaq. Bu barədə kansler Angela Merkel özü məlumat verib.

Müəllif: Ayna.az      18 Mart 2020 04:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin