Tələbələr Bakıya xüsusi geyimdə gəlir

Tələbələr Bakıya xüsusi geyimdə gəlir

Koronavirus təhlükəsinə qarşı tədbirlər davam etdirilir

 

Xəbər verdiyimiz kimi, İtaliyada yaranan epidemoloji vəziyyətlə əlaqədar olaraq orada təhsil alan azərbaycanlı tələbələr çarter reysi ilə Bakıya gətirilir.

 

AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, həmyerlilərimiz təyyarəyə virusdan qorunmaq üçün xüsusi geyimdə əyləşiblər. Tələbələr göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnədarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, onları gətirən təyyarə Romada yerləşən Fiumicino hava limanından havaya qalxıb. "Hava gəmisi"nin birazdan Bakıya enəcəyi gözlənilir.

Müəllif: Ayna.az      17 Mart 2020 23:57
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin