"Yuventus"un daha bir futbolçusunda koronavirus aşkarlanıb

"Yuventus"un daha bir futbolçusunda koronavirus aşkarlanıb

Məşhur futbolçuda koronavirus aşkarlanıb

 

Fransa və "Yuvenstus"un futbolçusu Blez Matyuidinin koronavirus testi pozitif çıxıb. AYNA xəbər verir ki, bu barədə "Yuventes"un rəsmi internet saytı açıqlama yayıb.

 

"Futbolçumuz Blez Matyuidinin bu gün verdiyi koronavirus testi pozitiv çıxıb. O, martın 11-dən etibarən öz istəyi ilə evindən çölə çıxmırdı. Hazırda vəziyyəti yaxşıdır və virus simptolarının heç birini hiss etmir", -deyə açıqlamada deyilib.

 

Qeyd edək ki, futbolçu Fransa milli komandası ilə 2018-ci ildə dünya çempionu olub.

Müəllif: Mərahim Nəsib      17 Mart 2020 23:18
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin