Rayonun polis rəisi işdən çıxarılıb

Rayonun polis rəisi işdən çıxarılıb

Daxili İşlər naziri əmr imzalayıb

 

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib. AYNA xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

 

Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Müəllif: Ayna.az      17 Mart 2020 18:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin