İranda virusdan ölənlərin sayı min nəfərə yaxınlaşır

İranda virusdan ölənlərin sayı min nəfərə yaxınlaşır

İspaniyada isə son 24 saatda 149 ölüm faktı qeydə alınıb

 

İspaniyada koronavirusdan ölənlərin sayı artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, kral ölkəsində son 24 saatda 149 ölüm faktı qeydə alınmaqla, ümumi ölüm sayı 491-ə çatıb.

 

Cənub qonşumuz İranda isə vəziyyət daha acınacaqlı hal alıb. Belə ki, İranda ölənlərin sayı 988-ə yüksəlib.

 

İran Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cihanpur ölkədə daha 1178 nəfərin virusa yoluxduğunu, bununla da xəstə sayının 16 min 169 nəfərə çatdığını vurğulayııb.

Müəllif: Ayna.az      17 Mart 2020 17:06
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin