Əsas səhifə Haqqımızda Xəbər lenti

Koronavirus və devalvasiya riskləri: Panikaya qapılmaq daha təhlükəlidir

Koronavirus və devalvasiya riskləri: Panikaya qapılmaq daha təhlükəlidir

“Panika və olan hər şeyi yığıb-yığışdırmaq cəhdlərinin özü qiymət artımına səbəb olur

 

Neftin qiymətinin düşməsi əhali arasında artan narahatlığa səbəb olub. Əsas nigarançılıq növbəti devalvasiya riski ilə bağlıdır. Mağazalarda, banklarda növblər yaranıb. Banklarda vətəndaşlar devalvasiyadan qorxaraq manatları dollara dəyişdirirlər.

 

Vətəndaşlar dükan-bazardan mümkün qədər çox məhsul almağa çalışırlar ki, bunun da iki əsas səbəbi var: koronavirus qorxusundan bir daha çölə çıxmamaq və manatın ucuzlaşacağı təhlükəsindən dolayı bahalaşma.

 

Mənzərəni AYNA-ya şərh edən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, növbəti devalvasiya yaşanacağı təqdirdə, dərmanlar, uşaq qidaları və gigiyena məhsulları kimi sosial ehtiyac duyulan məhsullar daxil olmaqla, bütün sahələrdə bahalaşma olacaq: “Bir tərəfdən bəzi vətəndaşların ehtiyatı əldən verməmək istəyi başa düşüləndir. Digər tərəfdən, bu ehtiyatları ömrünüzün sonuna kimi deyil, maksimum bir neçə ay istifadə edəcəksiniz, hər halda daha sonra hər şeyi yenidən satın almalısınız. Deməli, bu, çıxış yolu deyil. Bundan əlavə, panika və hər şeyi yığıb-yığışdırmaq özü qiymətlərin artmasına səbəb olacaq”.

Müəllif: Elya Belskaya      17 Mart 2020 21:41
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
18 Aprel
10:31
“İnhisar və gömrük problemləri həll edilməsə, irəliləyiş mümkün deyil” - SABİQ NAZİR
17 Aprel
23:12
Şeir yazmaq üçün beş qayda – Öyrən və sən də şeir yaz!
17 Aprel
21:09
Azərbaycanlılar rəqəmsal peyvənd pasportları ala biləcəkmi – Dünya yeni sistemə keçir
17 Aprel
19:11
Batumidə ikinci məscid və siyasi qorxaqlıq
17 Aprel
16:47
Azərbaycanda koronavirusla bağlı bugünkü STATİSTİKA
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin